http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Deputat: "Azərbaycan xalqı uzun müddətdir əsirlərimizin azad olunmasını gözləyirdi"

07 Dekabr 2023 , 22:40
Deputat: "Azərbaycan xalqı uzun müddətdir əsirlərimizin azad olunmasını gözləyirdi"

"Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Respublikası Baş naziri aparatının birgə açıqlamasında çox maraqlı məqamlar öz əksini tapıb".

Bunu “Operativ Media”ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün yaranmış bu fürsəti düzgün dəyərləndirərək və xoş niyyət ortaya qoyaraq əsirlikdə olan hərbçilərin dəyişdirilməsi ilə bağlı razılıq əldə edib: "Biz uzun müddətdir gözləyirdik ki, əsirlikdə olan iki hərbçimiz azad olunsun. Bunun müqabilində Azərbaycan tərəfi də 32 erməni hərbçini Ermənistana təhvil verməkdə razılaşıb. Bununla yanaşı Ermənistan Azərbaycana xoş niyyət nümayiş etdirmək üçün BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına tərəf dövlətlərin 29-cu konfransına ev sahibliyinə öz namizədliyini Azərbaycanın xeyrinə geri götürüb və Azərbaycanın namizədliyini dəstəkləyib. Bu, birbaşa olaraq Azərbaycanla sülhün əldə olunması üçün Ermənistan tərəfinin xoş niyyəti kimi dəyərləndirilməlidir".

"Uzun müddətdir Azərbaycan xalqı gözləyirdi ki, Ermənistanda olan əsirlərimiz azad olunsun. Bu, müəyyən dərəcədə çox çətin bir proses kimi dəyərləndirilirdi. Ancaq Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa şəxsi istəyi nəticəsində bu proses də baş tutdu və əsirlərimizin azad olunması üçün artıq razılıq əldə olunub. İnanıram ki, Cənab Prezidentin həyata keçirdiyi bu uğurlu siyasət tezliklə öz məntiqi nəticəsini verəcək və Ermənistanla sülh sazişi imzalanacaqdır. Bununla da regionumuzda uzun müddətli və dayanıqlı sülhə nail ola biləcəyik", - deputat əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”

Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

XƏBƏR LENTİ
  • 00:10

    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
  • Dünən
    23:34

    Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"
  • Dünən
    23:33

    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
  • Dünən
    23:31

    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
  • Dünən
    23:28

    Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”
  • Dünən
    23:19

    ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib
  • Dünən
    23:15

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
  • Dünən
    23:14

    "Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"
Menyu