Ermənistanın baş naziri Nikol Paşinyan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub, Paşinyan Tokayevi Ermənistana rəsmi səfərə dəvət edib.
"Operativ Media" xəbər verir ki, telefon danışığı zamanı Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyinə aid məsələlər müzakirə edilib. İki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb.
Paşinyan Tokayevi Ermənistana rəsmi səfərə dəvət edib. Qazaxıstan Prezidenti də dəvəti qəbul edib.
Teqlər:
"Qazax\u0131stan Prezidenti Erm\u0259nistana s\u0259f\u0259r ed\u0259c\u0259k"