09 Dekabr 2023, 15:27
TƏBİB Hepatit A xəstəsinin qızılcaya yoluxması barədə iddialara cavab verib
TƏBİB Hepatit A xəstəsinin qızılcaya yoluxması barədə iddialara cavab verib şəkil
TƏBİB Hepatit A xəstəsinin qızılcaya yoluxması barədə iddialara cavab verib

21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb.

"Operativ Media" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edilib ki, dekabrın 5-də bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub.

"Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir. Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür. Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub".

Son xəbərlər
İsrail Tehranda bir sıra strateji əhəmiyyət daşıyan hədəfləri vurub
Ərdoğan: Gərginliyi dayandırmaq üçün diplomatik səylər ortaya qoyuruq
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib