Menyu

Erməniməramlı "sülhməramlı" - ŞƏRH

Nərmin Qocamanlı
Erməniməramlı "sülhməramlı" - ŞƏRH

Kiməsə ad, ləqəb verilsə də əsl adı həmişə diqqət mərkəzində olur. Sonradan adını dəyişən olsa belə, ondan soruşurlar, - əsl adın nədir?

Əsl ad köklü məsələ sayılır. Ona görə “adı ilə böyüsün” deyirlər.

Köklü torpaqlarımız da adı ilə Azərbaycana aid olub, Azərbaycanla böyüyüb, inkişaf edib. Adını tarixə qızıl, qəhrəmanlıq səhifələri ilə həkk edib.

Son zamanlar Rusiya sülhməramlıları Azərbaycan torpaqlarını erməni adları ilə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytlarında dərc edir. Görünən odur ki, Rusiya Müdafiə Nazirliyi unudub ki, vaxtı ilə Azərbaycanı sovetləşdirəndə, şəhər, rayon, və s. adları dəyişdiriləndə Sovet İttifaqı da bunun belə qalacağını düşünürdü. Bayaq dediyimiz əsl ad köklü məsələdir. Azərbaycan bütün adları tarixi ədalətlə bərpa etdi.

İndi də Rusiya Müdafiə Nazirliyi başa düşməlidir ki, 10 noyabr bəyanatına əsasən rus sülhməramlıları Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib. Müvəqqəti isə, hələ ki, buradasınız deməkdir. Müvəqqəti olduğunuz yerdə adları dəyişmək, həm də bu adlar hüquqi dövlətin, Azərbaycanın sərhədləri daxilində ərazidirsə, deməli rus sülhməramlıları beynəlxalq və üçtərəfli bəyanatı pozur, həm də kobud şəkildə.

Azərbaycan Prezdenti açıqlamalarında Azərbaycan tarixi adlarının əhəmiyyətini dəfələrlə bildirib. Ona görə də sülhməramlı adını erməniməramlı ilə eyniləşdirməyin. Yaddan da çıxarmıyın: Beynəlxalq və Azərbaycan qanunları çərçivəsində “Martuni” - Xocavənd, “Mardakert” - Ağdərə, “İvanyan” - Xocalı, “Stepanakert” - Xankəndidir. Qarabağ da “Dağlıq Qarabağ” deyil. Qarabağdır. O Qarabağ ki, həmişə Azərbaycandır!

Samir Cabbarov – Operativ Media.

Əlaqəli Xəbərlər