http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ned Prays: Azərbaycan, Ermənistan müzakirələrini asanlaşdırmaq üçün fəaliyyətimizi davam etdirəcəyik

29 Noyabr 2022 , 12:23
Ned Prays: Azərbaycan, Ermənistan müzakirələrini asanlaşdırmaq üçün fəaliyyətimizi davam etdirəcəyik

"Biz Ermənistan və Azərbaycan arasında müzakirələri asanlaşdırmaq üçün növbəti aylarda fəaliyyətimizi davam etdirəcəyik"

"Operativ Media" xəbər verir ki, bu sözləri Bizim.Media-ya müsahibəsində Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Depertamentinin sözçüsü Ned Prays deyib.

Həmin müsahibəni təqdim edirik.

- Cənab Prays, sizin də bildiyiniz kimi, Azərbaycan və Ermənistan arasında məlum müharibədən iki ildən çox vaxt keçir. Azərbaycan tarixi ədaləti bərpa etdi. Lakin iki ildən çoxdur ki, iki ölkə arasında sülh müqaviləsini görmürük. Bilmək istərdik ki, ABŞ sülh üçün hansı addımlar atmaq fikrindədir?


- Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında müzakirələri asanlaşdırmaq üçün növbəti aylarda fəaliyyətimizi davam etdirəcəyik; ikitərəfli, tərəfdaşlarla və çoxtərəfli təşkilatlar vasitəsilə.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib. Səfərin əsas məqsədi nədir və Qafqaz regionunda sabitlik ABŞ üçün nə deməkdir?

- Səfir Riker yüksək səviyyəli liderlərlə görüşmək üçün Qafqaz danışıqları üzrə baş məsləhətçi kimi regiona səfər edir. Onun müzakirələri Ermənistan-Azərbaycan birbaşa danışıqlar prosesinin davam etdirilməsi və sülhə, inkişafa və regional əməkdaşlığa yol açan həll olunmamış problemlərin həllinə yönələcək. Bu, səfir Riker üçün noyabrın 7-də Vaşinqtonda dövlət katibi Blinken ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilən görüşləri əsaslandırmaq və katibin noyabrın ortalarında həmin həmkarları ilə etdiyi zəngləri izləmək üçün bir fürsət olacaq.

Ermənistan və Azərbaycanın liderlər və Xarici İşlər nazirləri səviyyəsində bilavasitə əlaqə yaratmaq üçün son səyləri bizi ruhlandırır və səfir Riker bu sürəti artırmağa ümid edir.

- Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazi var. Son günlər həmin istiqamətlərdən atəşkəs daha çox pozulur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mütəmadi olaraq məlumat yayır. Bilmək istərdim ki, ABŞ-a görə, doğrudanmı Rusiya münaqişənin davam etməsində maraqlıdır?

- Rusiyanın regiondakı rolu ilə bağlı heç bir şərhimiz yoxdur, lakin bir daha təkrar edirik ki, Cənubi Qafqazda üç ölkənin suverenliyi və müstəqilliyi üçün ABŞ-dan böyük dəstəkçi görmürük.

1991-ci ildə Ermənistan, Azərbaycan və Gürcüstanın Sovet İttifaqından müstəqilliklərini bərpa etməsi bu ölkələrin hər birinə Moskvadan asılı olmayaraq öz xarici siyasət maraqlarını həyata keçirmək hüququnu təmin edən əsas hadisə idi.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə  edilib

Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə edilib

Britaniya, Fransa, Niderland və Almaniya səfirləri İran XİN-nə çağırılıb

Britaniya, Fransa, Niderland və Almaniya səfirləri İran XİN-nə çağırılıb

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:18

    Gürcüstan parlamentinin sədri: İstənilən xarici müdaxilənin qarşısı alınacaq
  • Dünən
    22:56

    Paşinyan Blinkenlə sülh prosesini müzakirə edib
  • Dünən
    22:32

    Taxıl daşıyan gəmidə partlayış baş verib
  • Dünən
    22:12

    Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
  • Dünən
    21:41

    Ukraynalı ekspert Rusiyanın Kursk bölgəsini geri almaq üçün nə qədər qoşun topladığını bildirib
  • Dünən
    21:19

    Bayden Ukraynanın Rusiyaya Fırtına Kölgəsi raketləri atmağına icazə verəcək
  • Dünən
    21:03

    Bakıda qəza sıxlığa səbəb olub
  • Dünən
    20:59

    Putin: Qərbin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir
Menyu