Menyu

KİV: Bayden Zelenskini Ağ Evə dəvət edib

Redaksiya
KİV: Bayden Zelenskini Ağ Evə dəvət edib
1 dəq oxu

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskini Rusiyaya qarşı davam edən mübarizəni və ABŞ-ın Kiyevə davamlı dəstəyinin həyati əhəmiyyətini müzakirə etmək üçün Ağ Evdə görüşə dəvət edib.

"Operativ Media" "Golosameriki.com"a istinadən xəbər verir ki, görüş dekabrın 12-də baş tutacaq.

Ağ Evin bəyanatında deyilir ki, Bayden və Zelenski Ukraynanın təcili ehtiyaclarını müzakirə edəcəklər.

Ukrayna prezidentinin ofisi Zelenskinin bu gün Vaşinqtona gedəcəyini bildirib.

Əlaqəli Xəbərlər