Menyu

KİV: ABŞ F-16 müqaviləsini təsdiq edərsə, Türkiyə NATO-da İsveçi dəstəkləyəcək

Nərmin Qocamanlı
KİV: ABŞ F-16 müqaviləsini təsdiq edərsə, Türkiyə NATO-da İsveçi dəstəkləyəcək

ABŞ F-16 qırıcılarının satışını təsdiqləyərək vədinə əməl edərsə, Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə meyllidir.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazır:

"ABŞ F-16 ilə bağlı vədini yerinə yetirərsə, Türkiyə NATO-nun genişlənməsinə və İsveçin üzvlüyünə dəstək verməyə meyllidir".

"Burada problem İsveçin üzvlüyü deyil, Birləşmiş Ştatlar tərəfindən inamsızlıqdır. Əgər bu etimad yaranarsa, İsveçin yolu açılacaq", - nəşr qeyd edir.

ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ilin iyulunda müdafiə büdcəsinə düzəlişi qəbul edib ki, Türkiyə Yunanıstan hava məkanını pozduğu müddətcə ABŞ administrasiyası yeni F-16 təyyarələri və onların modernləşdirilməsi üçün komponentləri Türkiyəyə satmağı qadağan edir. 
 

Əlaqəli Xəbərlər