http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrini qəbul edib

11 Dekabr 2023 , 12:26
Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.

Dövlət başçısı Gürcüstanın Baş naziri ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismində SPECA-nın Bakıda keçirilmiş Zirvə görüşündə iştirakı zamanı onunla görüşünün əlaqələrimizin möhkəmlənməsi işində rolunu qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi birgə layihələrin önəminə toxunaraq, bunu geniş regionda - Avrasiya məkanında önəmli amil kimi dəyərləndirdi və birgə təşəbbüslərimizin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini bildirdi. Dövlət başçısı parlamentlərarası əməkdaşlığın da münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğuladı, bunun əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri hüquqi baza yaratdığını dedi.

Prezident İlham Əliyev Şalva Papuaşvilinin Azərbaycana səfərinin əlaqələrimizin uğurlu inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Gürcüstan parlamentinin sədri bu ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakı ilə bağlı ölkəmizə səfərini məmnunluqla xatırladı. Şalva Papuaşvili Ulu Öndərin çox çətin bir dövrdə Azərbaycana müdrik rəhbərliyini qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin münasibətlərimizin əsasının qoyulmasında müstəsna rol oynadıqlarını dedi.

Qonaq ölkələrimizin həyat keçirdiyi layihələrin önəmini qeyd etdi, bu layihələrin xalqlarımızın rifahına və bölgədə sülhə xidmət etdiyini vurğuladı. O, ikitərəfli dostluq münasibətlərimizin uğurla inkişaf etdiyini deyərək, bu işdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin roluna toxundu.

Görüşdə energetika, nəqliyyat, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

OXŞAR XƏBƏRLƏR
Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

İcma:  Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

İcma: Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

XƏBƏR LENTİ
  • 11:28

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
  • 11:28

    Fernandu Santuş: "Milliyə heç kəs kiminsə dostudur deyə, cəlb olunmur"
  • 11:15

    İranda 4,2 maqnitudalı zəlzələ baş verib
  • 11:12

    Fernandu Santuş Azərbaycan millisinin heyətini açıqladı
  • 11:12

    İranın xarici işlər naziri Beyruta səfər edib
  • 11:09

    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
  • 11:05

    COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb
  • 11:01

    Azərbaycan və Əfqanıstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Menyu