http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ceyhun Bayramov Simon Mordue ilə görüşüb-YENİLƏNİB

11 Dekabr 2023 , 18:39
Ceyhun Bayramov Simon Mordue ilə görüşüb-YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri Şurasının İclasında iştirak məqsədilə Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqı Şurası Prezidentinin baş siyasi müşaviri Simon Mordue ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə Azərbaycan-Ermənistan normalıaşma prosesi və cari regional vəziyyət müzakirə edilib.

Aİ və Azərbaycan arasında ötən il imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumuna uyğun olaraq Azərbaycanın Avropaya enerji ixracını artırdığı və Aİ üzv ölkələrinin enerji təhlükəsizliyində önəmli rol oynadığı vurğulanıb.

Nazir cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Bu xüsusda, nazir son dövrlər Azərbaycan və Ermənstan arasında sülh və sabitliyin, eləcə də, etimadın qurulmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma fəaliyyəti barədə məlumat verən C.Bayramov mina təhlükəsinin bu fəaliyyətə, eləcə də, vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaratmaqda davam etdiyini vurğulayıb. 2020-ci ilin noyabr ayından bəri 340 vətəndaşımızın mina partlayışının qurbanına çevrildiyi qeyd olunub.

Simon Mordue Aİ-nin vacib strateji tərəfdaşı olaraq Azərbaycan ilə enerji, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb və Aİ-nin regionumuzda davamlı sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan normallaşma prosesini bundan sonra da dəstəkləməyə davam edəcəyini bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

15:19

Xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Tərəflər Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına dair geniş spektrli məsələləri və Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər. 

OXŞAR XƏBƏRLƏR
Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

İcma:  Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

İcma: Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

XƏBƏR LENTİ
  • 11:28

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
  • 11:28

    Fernandu Santuş: "Milliyə heç kəs kiminsə dostudur deyə, cəlb olunmur"
  • 11:15

    İranda 4,2 maqnitudalı zəlzələ baş verib
  • 11:12

    Fernandu Santuş Azərbaycan millisinin heyətini açıqladı
  • 11:12

    İranın xarici işlər naziri Beyruta səfər edib
  • 11:09

    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
  • 11:05

    COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb
  • 11:01

    Azərbaycan və Əfqanıstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Menyu