http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ceyhun Bayramov Yunanıstanın xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB

11 Dekabr 2023 , 22:59
Ceyhun Bayramov Yunanıstanın xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində Yunanıstan Respublikasının xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə tərəflər Azərbaycan Yunanıstan arasında ikitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq, o cümlədən gələcək perspektivlər, bölgədəki son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Nazir Ceyhun Bayramov təyinatı münasibətilə Yunanıstan nazirinə təbriklərini çatdırıb.

Ötən il Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi məmnunluqla vurğulanıb. Nazirlər ikitərəfli münasibətlərin daha da inkişafına önəm verdikləri, bundan sonra da bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyi qeyd olunub.

Qarşılıqlı səfərlərin, müxtəlif platformalar çərçivəsində artan təmasların ölkələrimiz arasında siyasi dialoqun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Tərəflər həmçinin Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı və strateji tərəfdaşı olduğunu bir saha təsdiqləyərək Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri, eləcə də Yunanıstan Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyətini vurğulayıblar.

Bu xüsusda, iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın regionun inkişafına və sabitliyinə töhfə verəcəyi, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov həmkarını postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh müqaviləsi gündəliyi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri istiqamətində atılan addımlar barədə ətraflı məlumatlandırıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıb.

***

22:18

Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində nazirlərin Toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın xarici işlər naziri George Gerapetritis ilə görüşüb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün "X" hesabında paylaşım edib. 

Qeyd edilib ki, tərəflər iqtisadiyyat, enerji təhlükəsizliyi və son regional vəziyyət sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

İcma:  Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

İcma: Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

XƏBƏR LENTİ
  • 11:28

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
  • 11:15

    İranda 4,2 maqnitudalı zəlzələ baş verib
  • 11:12

    Fernandu Santuş Azərbaycan millisinin heyətini açıqladı
  • 11:12

    İranın xarici işlər naziri Beyruta səfər edib
  • 11:09

    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
  • 11:05

    COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb
  • 11:01

    Azərbaycan və Əfqanıstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
  • 10:56

    Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Menyu