Menyu

XİN-in yeni idarə rəisi və İran səfiri arasında görüş olub

XİN-in yeni idarə rəisi və İran səfiri arasında görüş olub

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinin siyasi idarəsinin yeni təyin olunmuş rəisi Əkrəm Zeynallı ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərdə baş verən son hadisələr nəzərdən keçirilib.

Həmçinin, iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq və kommunikasiya prosesi müsbət qiymətləndirilib.

Ölkələr arasında münasibətlərdə yeni mərhələnin başlandığı vurğulanıb.

Eyni zamanda, Cənubi Qafqaz regionunda baş verən hadisələr barədə danışıqlar aparılıb.

Regonda davamlı sülhə nail olmaq səyləri, kommunikasiya və nəqliyyat dəhlizləri, konsulluq məsələləri görüşün müzakirə mövzusu olub.

Qeyd edək ki, Əkrəm Zeynallı Azərbaycanın Çindəki səfiri olub.//APA//

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər