http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Londonda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

11 Dekabr 2023 , 23:34
Londonda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi tərəfindən Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutub.

"Operativ Media" xəbər verir ki, Pimliko akademiyasında keçirilən tədbir Avropa Mədəniyyət Parlamentinin üzvü, tanınmış skripkaçı Səbinə Rakçeyeva, Səbinə Quliyeva, Nigar Əhmədli, Rauf Xəlilov, Sevinc Baxış, Timur Cəfərov və məktəbin digər müəllimlərinin yaxından dəstəyi sayəsində təşkil olunub.

Valideyinlər, icma üzvləri, həmçinin səfirlik əməkdaşları və onların ailə üzvləri səmimi və mehriban ab-havada keçən tədbirə heyran qalıblar.

Tədbirin başlanğıcında şagirdlər səhnədə, iştirakçılar isə ayaq üstə Azərbaycan Dövlət Himnini ifa ediblər. Daha sonra Rauf Xəlilov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açdıqdan sonra, məktəbin fəaliyyəti haqqında tədbir iştirakçılarına qısa məlumat verib.

Şagirdlər uzun müddət hazırlaşdıqları Azərbaycan haqqında şeir və mahnıları sıra ilə böyük həvəslə səsləndiriblər. Çıxışların sonunda Azərbaycan rəqs incilərindən də nümunələr peşəkarlıqla nümayiş olunub.

Azərbaycan mədəniyyəti və bölgələrinə həsr olunmuş şəkillərə dair şagirdlərin çıxışları iştirakçılarda maraq doğurub.

Maraqlıdır ki, Britaniya Avropa Azərbaycan Məktəbinin üzvləri yalnız azərbaycanlılar deyil, dünyanın müxtəlif ölkələrindən olan şagirdlərdir.

Belə ki, tədbirin sonunda çıxışlar zamanı əcnəbi valideynlər övladlarının bu məktəbə qoşulmalarından məmnun olduqlarını bildiriblər, və bu məktəb sayəsində Azərbaycan mədəniyyətinə böyük maraqlarının yaranmasını gizlətməyiblər.

Tədbir daha sonra digər zalda, Azərbaycan milli təamları ilə bəzədilmiş süfrə və icma üzlərinin bir-biri ilə daha yaxından tanış olmaları ilə davam edib. Ən diqqət çəkən məqamlardan biri isə, zalda Azərbaycan haqqında kitabların guşəsində fond toplama kampaniyasının yaradılması idi. Guşədən əldə olunan bütün qazanclar isə Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralanmış qazilərə ianə olunacaq.

OXŞAR XƏBƏRLƏR
Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

İcma:  Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

İcma: Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

XƏBƏR LENTİ
  • 11:15

    İranda 4,2 maqnitudalı zəlzələ baş verib
  • 11:12

    Fernandu Santuş Azərbaycan millisinin heyətini açıqladı
  • 11:12

    İranın xarici işlər naziri Beyruta səfər edib
  • 11:09

    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
  • 11:05

    COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb
  • 11:01

    Azərbaycan və Əfqanıstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
  • 10:56

    Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  • 10:50

    Beyrut-Dəməşq avtomobil yolu İsrailin hava hücumundan sonra sıradan çıxıb
Menyu