http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

UNESKO-da Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə qəbul edilib

12 Dekabr 2023 , 12:41
UNESKO-da Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə qəbul edilib

Cari ilin 11 dekabr tarixində UNESKO mənzil qərargahında Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüşün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib. 

Qətnamədə, silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə Üzv Dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur. 

Qətnamədə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiyyətə qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur.

Qətnamədə 1954-cü il Haaqa Konvensiyasını pozan addımlarının atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb. 

Qeyd etmək istərdik ki, minaların mədəni irsə təsiri mövzusu UNESKO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı eyni məzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib.

OXŞAR XƏBƏRLƏR
Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

Energetika naziri: “Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır”

İcma:  Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

İcma: Biz ABŞ-dən Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

XƏBƏR LENTİ
  • 11:28

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
  • 11:15

    İranda 4,2 maqnitudalı zəlzələ baş verib
  • 11:12

    Fernandu Santuş Azərbaycan millisinin heyətini açıqladı
  • 11:12

    İranın xarici işlər naziri Beyruta səfər edib
  • 11:09

    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
  • 11:05

    COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb
  • 11:01

    Azərbaycan və Əfqanıstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
  • 10:56

    Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Menyu