Menyu

Zaxarova: Moskva Bakı və İrəvan arasında sülh sazişinin hazırlanmasına kömək etməyə hazırdır

Nərmin Qocamanlı
Zaxarova: Moskva Bakı və İrəvan arasında sülh sazişinin hazırlanmasına kömək etməyə hazırdır

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayır.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.

“Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması müddətinə gəlincə, hər zaman dediyimiz kimi, bunları tərəflər özləri müəyyən etməlidir. Biz də öz növbəmizdə balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza bundan sonra da kömək etməyə hazırıq. Bu sənəd regionda sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, - o bildirib.

Teqlər:

"Zaxarova: Moskva Bak\u0131 v\u0259 \u0130r\u0259van aras\u0131nda s\u00fclh sazi\u015finin haz\u0131rlanmas\u0131na k\u00f6m\u0259k etm\u0259y\u0259 haz\u0131rd\u0131r"

Əlaqəli Xəbərlər