http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Şahin Mustafayev: Tatarıstan 10 əsas ticarət tərəfdaşımızdan biridir

29 Noyabr 2022 , 17:28
Şahin Mustafayev: Tatarıstan 10 əsas ticarət tərəfdaşımızdan biridir

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Bakıya səfəri çərçivəsində Azərbaycan-Tatarıstan biznes forumunda iştirak edib.

"Operativ Media" xəbər verir ki, görüşdə hər iki tərəfin iri sənaye müəssisələrinin, eləcə də biznes qurumlarının nümayəndələri iştirak ediblər.

“Respublikalarımız arasında Tatarıstanın neft texnikası və maşınqayırma sənayesi məhsullarının tədarükü, investisiya və innovasiya-istehsal, yüksək texnologiyalar, gəmiqayırma və avtomobil sənayesi, səhiyyə, tibb və əczaçılıq məhsullarının istehsalı, ticarət-sənaye palataları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur”, - Rüstəm Minnixanov forum iştirakçılarına müraciətində bildirib.

O, həmçinin əməkdaşlığın möhkəmləndirilməsində şəxsi iştirakına görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tatarıstanın iqtisadi tərəfdaşlarımız arasında lider mövqelərdən birini tutduğunu vurğulayıb: "Dövlət başçılarımızın siyasi iradəsi sayəsində Azərbaycan və Rusiya arasında əlaqələr strateji xarakter daşıyır və bütün fəaliyyət sahələrini əhatə edir. Regionlararası əlaqələr bizim üçün prioritetdir. Tatarıstan 10 əsas ticarət tərəfdaşımızdan biridir. Bu ilin sonunadək ticarət dövriyyəmizin dəfələrlə artacağını gözləyirik”.

Forumun sonunda bir sıra sazişlər imzalanıb. İlk sənəd Tatarıstan Respublikasının Ticarət və Sənaye Palatası ilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında imzalanıb. Bundan başqa, Tatarıstanın Ticarət və Sənaye Palatası ilə Azərbaycan Ticarət və Sənaye Palatası arasında da saziş imzalanıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • 23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu