http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qərbi Azərbaycan İcması Serjik Sarqsyanın iddialarına cavab verib

13 Dekabr 2023 , 11:45
Qərbi Azərbaycan İcması Serjik Sarqsyanın iddialarına cavab verib

Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serjik Sarqsyan Polşanın Baş nazirinə yazdığı məktubda Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc iddialar səsləndirmiş, “Artsax” səhifəsinin bağlanmadığını bildirmişdir.

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

S.Sarqsyan vaxtilə çox təkəbbürlü danışır, özünü olduqca həyasız aparırdı. Xocalıda əliyalın dinc sakinlərin soyqırımında iştirakı ilə qürrələnən, Azərbaycanın istənilən şəhərini Ağdam kimi xarabalığa çevirməklə hədələyən, “Biz Qarabağı aldıq, siz isə “Ararat”ı alın” kimi boğazdan yuxarı açıqlama verən Serjik Sarqsyan və onun Ermənistanı 2016-cı ildə aprel ayında Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildi.

Bundan sonra Serjik Sarqsyanın əvvəlki təkəbbürü yoxa çıxdı, o, “Lələtəpəni geri alardım, amma 100 nəfər itki verərdik, erməni əsgərlərinin həyatını Lələtəpədən üstün tuturam” kimi boş, sentimental fikirlərlə Ermənistan cəmiyyətinin başını aldatmaq istədi. Amma bir müddət sonra Serjik Sarsqan, özü kimi digər Xocalı qatili Seyran Ohanyan başda olmaqla “tuşonka generalları”nı qovdu və bununla da, məğlubiyyətini etiraf etdi.

Aprel döyüşləri ilə hakimiyyəti sarsılan S.Sarqsan 2018-ci ildə biabırcasına məğlub olaraq qaçdı. Amma onun daha böyük “sprint qaçışı” hələ qabaqda idi. 2020-ci ildə Vətən müharibəsinin ilk günlərində nümayişkəranə şəkildə Qarabağa gəlməklə özünə “qəhrəman” libası verməyə çalışan Serjik Sarqsyan bir müddət sonra bu dəfə rəşadətli Azərbaycan ordusunun qabağından qaçdı. Serjik Sarqsyan tarixdə məhz fərari kimi qalacaq. Ermənistanın müharibə vaxtı 12 min fərarisi arasında Serjik Sarqsyan “şərəfli” yer tutur.

Vətən müharibəsindən sonra Serjik Sarqsyan hərdən bir sarsaq və kövrək açıqlamalar verir, hamıdan imdad diləyir. Artıq Serjik Sarqsyanın Artak Beqlaryanlardan heç bir fərqli yoxdur.

Bu gün Şuşa, Xocalı, Xankəndi, bütün Qarabağ azaddır. Serjik Sarqsyan, Robert Koçaryan, Vardan Oskanyan, “Artsax”, “Stepanakert”, ATƏT-in Minsk Qrupunun kitabı bağlanıb və onlar artıq tarixin arxivindədir.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub

Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub

Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür

Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür

XƏBƏR LENTİ
  • 13:26

    Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə “yaşıl” layihə həyata keçiriləcək
  • 13:24

    Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub
    Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub
  • 13:21

    Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub
  • 13:20

    Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür
    Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür
  • 13:15

    Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
    Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
  • 13:15

    Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
    Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
  • 13:08

    “Metalist” şirkəti məcburi auditdən yayındığına görə cərimə kəsilib
  • 13:06

    İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
    İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
Menyu