http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Prezident Abşeronda yolların əsaslı təmirinə 1,2 milyon manat ayırdı

13 Dekabr 2023 , 13:30
Prezident Abşeronda yolların əsaslı təmirinə 1,2 milyon manat ayırdı

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon (bir milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.

Azərbaycan Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər

XƏBƏR LENTİ
  • 13:15

  • 13:06

    İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
    İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
  • 13:00

    Prezident: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

  • 12:51

    Prezident: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi

  • 12:46

    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

  • 12:43

    Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq
  • 12:34

    "Qəbələ" qanalı hücumçusu ilə yollarını ayırdı
Menyu