http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanın Xorvatiyadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib

13 Dekabr 2023 , 17:51
Azərbaycanın Xorvatiyadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib

Cari ilin 12 dekabr tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Xorvatiyadakı Səfirliyinin binasında büstünün açılışı mərasimi keçirilmiş, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

"Operativ Media" xəbər verir ki, tədbirdə Xorvatiyanın sabiq Prezidentləri Stepan Mesiç və İvo Yosipoviç, Xorvatiya Parlamentinin sədr müavini Davorko Vidoviç və Parlament üzviləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Xorvatiyanın dövlət və ictimaiyyət nümayəndələri, Ali təhsil müəssisələrinin rəhbərləri, Xorvatiyada yaşayan azərbaycanlılar, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Anar İmanov, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edərək, onun müdrik siyasəti və uzaqgörənliyi sayəsində ölkəmizdə milli dövlətçilik ideyasının formalaşdığını, müasir və güclü Azərbaycan dövlətinin yaradıldığını, xalqımızın müstəqillik arzusunun gerçəkləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Diplomat, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanılmasındakı rolu haqqında danışaraq, onun dövlətçiliyimizin çətin məqamında hakimiyyətə gəldiyini, çoxsaylı daxili və xarici çağırış və təhdidlərə baxmayaraq müstəqilliyimizi xilas etdiyini, Ulu Öndərin tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın dünya miqyasında güclü dövlətə çevrildiyini və beynəlxalq aləmdə layiqli yer tutduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ölkəmizin həqiqətən müstəqil və güclü bir dövlətə çevrilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, ölkənin bu günkü sürətli iqtisadi inkişafı, məhz Ulu Öndər tərəfindən zamanında atılmış addımların və verilmiş müdrik qərarların nəticəsində mümkün olub.

Səfir, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulayaraq, ölkəmizin müasir dövrdə əldə etdiyi çoxsaylı uğurlar və naliyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə çıxış edən Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə edərək, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə, milli və mənəvi dəyərlərə, adət-ənənələrə xüsusi önəm verdiyini, müasir Azərbaycanın indiki vəziyyətə gəlib çatmasında Heydər Əliyevin misilsiz xidmətləri olduğunu, Xorvatiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin məhz 1995-ci il yanvar ayında, Prezident Heydər Əliyevin dövründə qurulduğunu vurğulamışdır. Stepan Mesiç, Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətin qurulduğunu, Azərbaycanın bu gün beynəlxalq birliyin nüfuzlu və etibarlı tərəfdaşına çevrildiyini diqqətə çatdırıb.

Ağ mərmərdən hazırlanmış Ulu Öndər Heydər Əliyevin büstünün müəllifi tanınmış heykəltəraş Nurəli Şahbazovdur. Tədbir çərçivəsində, həmçinin Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto-sərgi təşkil edilib

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub

Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub

Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür

Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür

XƏBƏR LENTİ
  • 13:26

    Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə “yaşıl” layihə həyata keçiriləcək
  • 13:24

    Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub
    Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub
  • 13:21

    Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub
  • 13:20

    Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür
    Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür
  • 13:15

    Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
    Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
  • 13:15

    Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
    Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
  • 13:08

    “Metalist” şirkəti məcburi auditdən yayındığına görə cərimə kəsilib
  • 13:06

    İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
    İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
Menyu