14 Dekabr 2023, 11:39
Bu il icbari tibbi sığorta ilə 358 min 772 əməliyyat icra olunub
Bu il icbari tibbi sığorta ilə 358 min 772 əməliyyat icra olunub şəkil
Bu il icbari tibbi sığorta ilə 358 min 772 əməliyyat icra olunub

“İcbari tibbi sığortanın xidmətlər zərfi ilə ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə cərrahi müalicəsi qarşılanır”.

"Operativ Media" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.

O qeyd edib ki, dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayında artım müşahidə edilir: “Bu il icbari tibbi sığorta ilə 358 min 772 əməliyyat və prosedur icra olunub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir. Əməliyyatların 74 faizi planlı əməliyyatların payına düşüb.

Ən çox icra edilən ginekoloji, göz və ürək-damar sistemində aparılan əməliyyatlar olub. Əməliyyatların ən çox icra edildiyi tibb müəssisələri sırasında ilk yerdə Kliniki Tibbi Mərkəz dayanır. Bu rəqəmlər onu göstərir ki, vətəndaşlara lazım olan əməliyyatların dövlət xəstəxanalarında icrası görülən tədbirlər nəticəsində mümkün olur”.

Son xəbərlər
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib