Gələn il Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq
Nərmin Qocamanlı
“İşğaldan azad olunmuş ərazilərdə səhiyyə sisteminin inkişafı, həmin ərazilərdə yaşayan və işləyən sakinlər üçün tibbi xidmətlərin təşkili məqsədilə müvəqqəti olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən modul tipli xəstəxanaların quraşdırılması həyata keçirilir”.
"Operativ Media" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.
“2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb. Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub”,- deyə Z.Əliyev bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net