Menyu

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Nərmin Qocamanlı
Qərbi Azərbaycan İcması bəyanat yayıb

Ermənistan rəsmilərinin son günlər sülh müqaviləsinin imzalanması üçün “3 prinsipə riayət olunması”, “qoşunların sərhəddən geri çəkilməsi”, “beynəlxalq qarant mexanizmi” barədə dedikləri fikirlər bu ölkənin sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, müxtəlif süni maneələrlə prosesi yubatdığını göstərir.

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

"Görünür, bunun səbəbi Fransa başda olmaqla xarici ölkələrdən alınan silahların və Avropa İttifaqının bu ölkədəki missiyasının sayının artırılmasının Ermənistana verdiyi güvəndir. Ermənistan sülh müqaviləsinin imzalanması üçün şərtlər irəli sürmək kimi qeyri-konstruktiv yanaşmadan əl çəkməlidir", bəyanatda vurğulanıb.

Teqlər:

"Q\u0259rbi Az\u0259rbaycan \u0130cmas\u0131 b\u0259yanat yay\u0131b"

Əlaqəli Xəbərlər