http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Qazaxıstanın Müstəqillik Günü qeyd edilib - FOTO

14 Dekabr 2023 , 19:42
Qazaxıstanın Müstəqillik Günü qeyd edilib - FOTO

Qazaxıstanın Azərbaycandakı Səfirliyində Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının dövlət xadimləri, rəsmi şəxslər, Parlament deputatları, xarici dövlətlərin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, aparıcı analitik mərkəzlərin ekspertləri, KİV nümayəndələri, Azərbaycanda yaşayan qazaxıstanlılar iştirak ediblər.

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel öz çıxışında Müstəqillik dövründə əldə olunan əsas nailiyyətlərdən söhbət açıb. Diplomat Qazaxıstanın Azərbaycanla siyasi, iqtisadi, nəqliyyat-logistika, hərbi sahələrdə olan uğurlu əməkdaşlığına xüsusi diqqət ayırıb. O, vurğulayıb ki, hazırda ölkələrimiz tərəfindən Orta Dəhlizinin nəqliyyat-logistika potensialının inkişafı, qazax neftinin Azərbaycan vasitəsilə nəql edilməsi, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi kimi regional əhəmiyyətə malik iri layihələr həyata keçirilir. Bundan başqa, Qazaxıstandan elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya ixracı imkanları müzakirə olunur.

Azərbaycanın Xarici İşlər Nazirinin Müavini Samir Şərifov Qazaxıstanı Müstəqillik Günü münasibətilə təbrik edib və 2023-cü ildə ikitərəfli əməkdaşlığı ilə bağlı əsas nəticələri vurğulayıb. Azərbaycanın Mədəniyyət Nazirinin Müavini Fərid Cəfərov bu yaxınlarda Bakıda keçirilən Qazaxıstanın Mədəniyyət Günlərinin uğurunu qeyd edib.

İştirakçılar həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni təyin olunmuş Prezidenti Aktotı Raimkulovanı vəzifəyə başlaması münasibətilə təbrik ediblər və əvvəlki Prezident Günay Əfəndiyevaya fəaliyyətinə görə təşəkkürünü bildiriblər.

Tədbir çərçivəsində Qazaxıstana həsr olunan tematik fotosərgi təşkil olunub. Qonaqlara qazax milli mətbəxinin xörəkləri təklif olunub.

OXŞAR XƏBƏRLƏR
Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb

XƏBƏR LENTİ
  • 15:20

    "A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?
  • 15:17

    Suriyanın şimalında 4 PKK terrorçusu zərərsizləşdirilib
  • 15:08

    FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
  • 15:01

    Qəzzada ölənlərin sayı 42 minə yaxınlaşır
  • 15:00

    Minskdə “İstisu”nun təqdimatı olub
  • 14:58

    AL: Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi
  • 14:53

    Məhkəmə "Ascend Group"u cərimələyib
  • 14:41

Menyu