http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

İqtisadiyyat nazirinin müavini Parisdə “2023-cü il üzrə Avrasiya Həftəsi”ndə iştirak edib

14 Dekabr 2023 , 21:11
İqtisadiyyat nazirinin müavini Parisdə “2023-cü il üzrə Avrasiya Həftəsi”ndə iştirak edib

Fransanın paytaxtl Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “2023-cü il üzrə Avrasiya Həftəsi” keçirilib, tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Bu barədə "Operativ Media"ya Azərbaycanın Fransadakı səfirliyindən bildirilib.

Tədbir çərçivəsində Pandemiya və müharibə şoklarına qalib gəlmək üçün dözümlülük və bərpa, Avrasiya məkanında biznes mühiti və islahatlar, habelə Avrasiyada aşağı karbona keçid, dayanıqlı infrastruktur üzrə strateji çərçivələr və digər mövzularda təqdimatlar edilib və müzakirələr aparılıb.

S.Məmmədov öz çıxışında Azərbaycan Respublikasının son illər ərzində iqtisadi inkişafı, həyata keçirilən geniş beynəlxalq əməkdaşlıq və irimiqyaslı layihələr, Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri barədə ətraflı məlumat verib. Ənənəvi neft-qaz ölkəsi olan Azərbaycanın son illərdə həyata keçirdiyi qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən yerli və regional əhəmiyyətli layihələr, o cümlədən nəqliyyat, enerji, xüsusilə yaşıl enerji layihələrindən bəhs edilib.

Nazir müavini, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb, dövlət başçısı tərəfindən bu ərazinin yaşıl enerji zonası elan edildiyini vurğulayıb. Çıxışının sonunda nazir müavini Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi qərarına istinad edərək Azərbaycana dəstək verən bütün ölkələrə təşəkkürünü ifadə edib və bütün OECD üzvlərini bu tədbirdə fəal iştiraka dəvət edib.

Tədbir çərçivəsində, həmçinin KOBİA-nın Katibliyinin rəhbəri Elmar İsayev tərəfindən Azərbaycan Hökumətinin bizneslərin, xüsusilə də KOB sektorunun inkişafına xüsusi önəm verdiyi, müvafiq sahədə həyata keçirilən islahatların davamı olaraq yaradılmış KOBİA-nin bizneslərin bilik və innovasiyalara, bazarlara, maliyyə resurslarına çıxış imkanının artırılması, dövlət və özəl sektor xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Tədbir iştirakçıları çıxışlarında Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi münasibətilə təbriklərini səsləndiriblər.

OXŞAR XƏBƏRLƏR
Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb

XƏBƏR LENTİ
  • 15:20

    "A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?
  • 15:17

    Suriyanın şimalında 4 PKK terrorçusu zərərsizləşdirilib
  • 15:08

    FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
  • 15:01

    Qəzzada ölənlərin sayı 42 minə yaxınlaşır
  • 15:00

    Minskdə “İstisu”nun təqdimatı olub
  • 14:58

    AL: Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi
  • 14:53

    Məhkəmə "Ascend Group"u cərimələyib
  • 14:41

    Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
    Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
Menyu