http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Londonun "Viktoriya və Albert" muzeyində Azərbaycanın dağıdılmış mədəni irsindən danışılıb

14 Dekabr 2023 , 23:52
Londonun "Viktoriya və Albert" muzeyində Azərbaycanın dağıdılmış mədəni irsindən danışılıb

Böyük Britaniyanın möhtəşəm memarlıq və mədəniyyət ocağı, dünyanın nüfuzlu muzeylərindən olan "Viktoriya və Albert" muzeyində "Post-münaqişə dövründə təhlükədə olan mədəni irs" mövzusunda forum keçirilib.

Bu barədə "Operativ Media"ya Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.

Tədbirdə çıxış edən Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord dünyanın müxtəlif münaqişə zonalarında olduğunu, bu xüsusda Azərbaycanın dağıdılmış Ağdam rayonunu ziyarət etdiyini və 19-cu əsrə aid olan məscidin tövləyə çevrildyini qeyd edib.

Tədbirin digər çıxışçısı "Revive Campaign" mina qurbanlarına yardım qeyri-hökumət təşkilatının təsisçisi və icraçı direktoru Naycel Elvey Azərbaycanın Qarabağ bölgəsində və ətraf rayonlarda milli və dünya əhəmiyyətli mədəni abidələrin dağıldığını bildirib və ərazilərin minalanması səbəbindən bu abidələrin bərpa edilməsində yaranmış çətinlikləri diqqətə çatdırıb.

Qeyd edək ki, Metyu Offord və Naycel Elvey beynəlxalq humanitar minatəmizləmə konfransı çərçivəsində Azərbaycana səfərləri zamanı Ağdam rayonunu ziyarət edib və Azərbaycanın mina problemi ilə bağlı təəssüratlarını Britaniya parlamentində bölüşüblər.

OXŞAR XƏBƏRLƏR
Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb

XƏBƏR LENTİ
  • 15:20

    "A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?
  • 15:17

    Suriyanın şimalında 4 PKK terrorçusu zərərsizləşdirilib
  • 15:08

    FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
  • 15:01

    Qəzzada ölənlərin sayı 42 minə yaxınlaşır
  • 15:00

    Minskdə “İstisu”nun təqdimatı olub
  • 14:58

    AL: Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi
  • 14:53

    Məhkəmə "Ascend Group"u cərimələyib
  • 14:41

Menyu