Tofiq Yaqublunun oğlu Amerikaya qanunsuz yollarla gedib?
Redaksiya
Ötən gün barəsində həbs qərarı çıxarılan Tofiq Yaqublunun qızı Nigar Həzi sosial media hesabında atasına qarşı irəli sürülmüş ittihamları rədd edib. O paylaşımında bildirib ki, Tofiq Yaqublu saxta sənəd düzəltməyib. "Operativ Media" xəbər verir ki, Nigar Həzi paylaşımında qardaşının Amerikaya qanunsuz yolla getdiyini də təsdiqləyib:
Sitat: "Tofiq Yaqublu elə saxta sənəd düzəldən idisə, oğlu Rəhimin öldürüləcəyi ilə təhdid olunanda onun Amerikaya getmək üçün sənəd düzəldərdi. Rəhim də min bir əziyyətlə Meksikadan Amerikaya qaçaq yolla keçməzdi".