http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan və Rusiya Baş prokurorluqları ekstradisiya və hüquqi yardımla bağlı müzakirə aparıblar

15 Dekabr 2023 , 18:05
Azərbaycan və Rusiya Baş prokurorluqları ekstradisiya və hüquqi yardımla bağlı müzakirə aparıblar

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında 12 yanvar 2021-ci il tarixdə Moskva şəhərində imzalanmış “2021-2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Baş Prokurorluqdan "Operativ Media"ya verilən xəbərə görə, nümayəndə heyəti ilə keçirilmiş görüş zamanı Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov qonaqları salamlayaraq prokurorluqlarımız arasında əlaqələrin yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, seminar zamanı müzakirə ediləcək mövzuların aktuallığını vurğulayıb.

Rusiya Baş Prokurorluğunun nümayəndələri yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlıqlarını ifadə ediblər. Səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağı qeyd olunub.

Daha sonra Əməkdaşlıq Proqramı çərçivəsində cinayət işləri üzrə ekstradisiya və hüquqi yardımın göstərilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın axtarışı, müsadirəsi və xaricdən qaytarılmasının təşkili sahəsində beynəlxalq hüquqi əməkdaşlıq, məişət zorakılığı ilə mübarizə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, azyaşlılara qarşı törədilən cinayətlərlə mübarizə tədbirləri və ekoloji cinayətlərə dair işlərdə dövlət ittihamının müdafiəsinin xüsusiyyətləri adlı mövzulara həsr olunmuş seminarlar keçirilərək faydalı təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olublar. Həmçinin, rusiyalı prokurorlar Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclasında qonaq qismində iştirak ediblər.

Dekabrın 15-də nümayəndə heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib. Görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olan nümayəndə heyətinə Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Qonaqlar həmçinin paytaxtımızın tarixi və mədəni abidələri ilə tanış olublar.

Rusiya nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

OXŞAR XƏBƏRLƏR
Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb

Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

XƏBƏR LENTİ
  • 17:18

    Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək
  • 17:16

    Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək
  • 16:59

    Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır
  • 16:58

    Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
  • 16:56

    Finlandiya ilk dəfə NATO-nun nüvə təlimlərində iştirak edəcək
  • 16:50

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
  • 16:38

    Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb
  • 16:29

    Bosniya və Herseqovinanın cənubunda daşqınlar 14 nəfərin həyatına son qoyub
Menyu