http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Cenevrə konfransında Fransa müstəmləkəçiliyinə qarşı mütəmadi iclasların keçirilməsi qərara alınıb

15 Dekabr 2023 , 18:08
Cenevrə konfransında Fransa müstəmləkəçiliyinə qarşı mütəmadi iclasların keçirilməsi qərara alınıb

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində keçirilən beynəlxalq konfransda iştirak edən Fransa müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi partiyaların rəhbər şəxsləri ayrıca iclas keçirərək, bir sıra məsələlər barədə razılığa gəliblər.

"Operativ Media" xəbər verir ki, “Neokolonializm: İnsan hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans çərçivəsində Cenevrədə bir araya gəlmiş Fransız Qvianası (MDES), Martinik (MODEMAS və PALİMA), Korsika (Azad Korsika), Qvadelupa (ANG, CİPPA, CİPN, FKNG, KSG, MİR-Qvadelupa və UPLG), Fransız Polineziyası (özləri ölkələrini Ma’o Nuii adlandırır) (TAVİNİ Huiraatiraa) və KANAKY (Yeni Kaledoniya) (FLNKS, MJKF) ölkələrindən olan millətçi və müstəqillik uğrunda mübarizə aparan təşkilatlar tam suverenliyə dair siyasi məqsədlərinə çatmaq üçün birgə addımların atılması imkanlarının gücləndirilməsi məqsədilə ölkələrində cari siyasi vəziyyətlərinə dair fikir mübadiləsi apardılar.

Tərəflər beynəlxalq, regional və milli səviyyədə təşkilatlanmış mübarizə aparmağı qərara aldılar. İştirakçılar öz xalqlarına münasibətdə birgə siyasi həmrəylik fəaliyyətlərini birləşdirmək məqsədilə mütəmadi əsasda iclasların keçirilməsinə dair razılığa gəldilər.

İlk iclasda siyasi gündəlik müəyyənləşdiriləcək.

OXŞAR XƏBƏRLƏR
Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb

Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

XƏBƏR LENTİ
  • 16:59

    Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır
  • 16:58

    Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
  • 16:56

    Finlandiya ilk dəfə NATO-nun nüvə təlimlərində iştirak edəcək
  • 16:50

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
  • 16:38

    Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb
  • 16:29

    Bosniya və Herseqovinanın cənubunda daşqınlar 14 nəfərin həyatına son qoyub
  • 16:28

    Azərbaycan cüdoçusu Dünya çempionatında bürünc medal qazandı
  • 16:23

    Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib
Menyu