http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Sahibə Qafarova Mərakeşin xarici işlər naziri ilə görüşüb - FOTO

15 Dekabr 2023 , 20:58
Sahibə Qafarova Mərakeşin xarici işlər naziri ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 15-də Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri Naser Burita ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, nazir Naser Burita Azərbaycanın Mərakeş üçün qardaş ölkə olduğunu söyləyərək, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, həm Mərakeş, həm də Azərbaycan öz regionlarının mühüm aktorlarıdır və Mərakeş Azərbaycanı regionda mühüm tərəfdaş kimi görür.

Görüşdə ölkələrimizin ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birinə qarşılıqlı dəstək verdiyi qeyd edilib. Nazir Naser Burita Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi münasibətilə təbriklərini çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımızın oxşar dəyərləri bölüşdüyünü qeyd edərək, Azərbaycan və Mərakeşin qardaş ölkələr olması fikrini təsdiqləyib və bu qardaşlığın hərtərəfli tərəfdaşlığa doğru inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Naser Burita deyib ki, gələn il Ulu Öndər Heydər Əliyevin Mərakeş Krallığına səfəri və Mərakeş Kralı mərhum II Həsənlə görüşünün 30-cu ildönümü tamam olur. O, bu əlamətdar tarixi hadisə ilə əlaqədar Azərbaycan-Mərakeş əlaqələrini gücləndirmək, münasibətlərimizi qardaşlıqdan tərəfdaşlığa çevirmək niyyətini ifadə edib.

Görüşdə Nazir Naser Burita Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edib. Spiker Sahibə Qafarova isə ölkəmizin Hərəkatın sədri kimi qlobal təşəbbüsləri haqqında məlumat verib. O, Mərakeş parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirakını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb

Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

XƏBƏR LENTİ
  • 17:18

    Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək
  • 17:16

    Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək
  • 16:59

    Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır
  • 16:58

    Məişət tullantılarını kənar yerlərə atan şəxslər 300 manat cərimələnəcək
  • 16:56

    Finlandiya ilk dəfə NATO-nun nüvə təlimlərində iştirak edəcək
  • 16:50

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
  • 16:38

    Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb
  • 16:29

    Bosniya və Herseqovinanın cənubunda daşqınlar 14 nəfərin həyatına son qoyub
Menyu