Prezidentin xüsusi nümayəndəsi Macarıstanda səfərdədir
Nərmin Qocamanlı
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Emin Hüseynov “Twitter“ hesabında paylaşım edib.
Səfər çərçivəsində Emin Hüseynov Macarıstan Xarici işlər və Ticarət Nazirliyində Dövlət Katibinin müavini Katalin Bihari, Adam Ştifter və digər rəsmi şəxslərlə görüşüb.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikasi Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti #Macarıstan’a səfər edib. pic.twitter.com/zR7y2jAXLw
— Emin Huseynov (@Emin_H_official) November 30, 2022