İsveç XİN: Türkiyə ilə NATO danışıqlarında irəliləyişlər var

Nərmin Qocamanlı
İsveç XİN: Türkiyə ilə NATO danışıqlarında irəliləyişlər var

İsveç xarici işlər naziri Tobias Billström NATO-nun Türkiyə ilə danışıqlarında irəliləyiş olduğunu və çox yaxında Türkiyəyə gedəcəyini bildirib.


"Operativ Media" xəbər verir ki, bu barədə Billström dünən Buxarestdə keçirilən NATO Xarici İşlər Nazirləri toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Finlandiya xarici işlər naziri Pekka Haavisto ilə görüşündən sonra jurnalsitlərə açıqlamasında bidlirib.

 "NATO danışıqlarında irəliləyiş əldə olunub. Dünən Buxarestdə görüşdüyümüz digər həmkarlarımız da bunu təsdiqlədilər. Çox yaxında Türkiyəyə gedəcəyəm və xarici işlər naziri Çavuşoğlu ilə görüşəcəyəm. Orada bir çox məsələləri müzakirə etmək imkanımız olacaq. Baxıram. Bu görüşə hazırıq" deyə o, qeyd edib.

Digər xəbərlər