http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycan və Cibuti Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

18 Dekabr 2023 , 15:46
Azərbaycan və Cibuti Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

17 dekabr 2023-cü il tarixində Cibuti şəhərində Azərbaycan Respublikası və Cibuti Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk raundu keçirilib.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Cibuti Respublikasının nümayəndə heyətinə isə XİN Baş katibi Mohammad Ali Hasan rəhbərlik edib.

Nazir müavini Yalçın Rəfiyevin Cibutiyə səfəri çərçivəsində Azərbaycan nümayəndə heyətinin Cibuti xarici işlər naziri Mahmud Ali Yusuf və Cibuti-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşləri baş tutub.

Görüşlərdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər həm ikitərəfli əsasda, həm də Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəminə vurğu ediblər.

Azərbaycan və Cibuti nümayəndə heyətləri ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi, xüsusilə də iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasibətlərin intensivləşdirilməsi imkanlarını nəzərdən keçiriblər.

Tərəflər Azərbaycan və Cibuti arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini və parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Siyasi məsləhətləşmələrin növbəti raundunun gələn il Bakı şəhərində təşkil edilməsi razılaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

XƏBƏR LENTİ
  • 19:14

    İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində dağıntıların təmizlənməsi üçün avadanlıq köçürəcək
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
  • 18:44

    Quterreş BRİCS-in sammitində iştirak edəcək
  • 18:23

    Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
    Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
  • 18:16

    Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib
  • 18:08

    Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb
  • 18:01

    Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir
Menyu