Menyu

Bir qrup şəxsə “Əməkdar jurnalist” fəxri adı verildi

Nərmin Qocamanlı
Bir qrup şəxsə  “Əməkdar jurnalist” fəxri adı verildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:

1. Aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:

Əliyev İlham Yaylaqalı oğlu

Musayev Alqış Həsən oğlu.

2. Aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Xəlilov Zahid Abdulla oğlu

Şadlinski Vaqif Bilas oğlu

Vəliyev Misirxan İzzət oğlu.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Əlaqəli Xəbərlər