İraq Respublikası Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn İraqın müdafiə naziri Sabit Əl Abbasi və digər yüksək səviyyəli nümayəndə heyəti ilə bu gün Türkiyəyə səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Səfər çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin ətraflı müzakirə olunması və cari regional məsələlərin müzakirə olunması nəzərdə tutulur", - məlumatda qeyd olunub.