http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Politoloq: Ermənistan rəhbərliyi Qərbin niyyətindən xəbərdardır

19 Dekabr 2023 , 14:08
Politoloq: Ermənistan rəhbərliyi Qərbin niyyətindən xəbərdardır

Ermənistan post müharibə şəraitində özünü itirdi və son dərəcə pərişan oldu. Ona görə də ölkənin zəif vəziyyətindən, siyasi rəhbərliyinin bacarıqsızlığından ilk növbədə qərbin siyasətçiləri sui-istifadə etməyə başladılar. Onlar çox gözəl başa düşürlər ki, hansı halda, hansı qüvvəyə necə təsir göstərmək lazımdır".

Bunu “Operativ Media”ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloqun sözlərinə görə, Ermənistan siyasi rəhbərliyi, eləcə Nikol Paşinyan artıq başa düşür ki, qərbin canfəşanlığı heç də erməni xalqının aqibətində onların konstruktiv inkişafından irəli gəlmir. 

“Onların destruktiv yanaşması var. İlk növbədə öz planlarını həyata keçirməyi hədəfləyirlər. Ermənistanın haqqında düşünmürlər. Ermənistanın zəif nöqtələrini taparaq süni surətdə işgüzarlıq mühiti formalaşdırırlar. Ermənistana diktə edirlər ki, guya biz olmasaq, Azərbaycan, Türkiyə və Rusiya 3-lü formatda sənin başını yeyəcəklər. Təbii ki, bu gediş fırıldaqçı yanaşma idi”.

Tofiq Abbasov deyir ki, sülh prosesinin uzanmasının da əsas səbəbkarları elə qərbdədir.

“Qərb gördü ki, Azərbaycanla Ermənistan 7 dekabrda ikili formatda görüşüb, iki vacib məsələ ətrafında razılığa gəldilər. Bu qərbi duyuq saldı. Artıq görürsünüz ki, Fransa özünün ictimai-siyasi xadimlərinin vasitəsilə süni bir dalğa qaldırır ki, “COP29” sammiti Azərbaycanda keçirilməsin. Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, qərb hər zaman özünün iştirakını hər şeydən vacib sayaraq çalışır ki, onun oyunda olmamasını aradan qaldırsın. Onlar yoxdurlarsa, hər hansısa reallaşan plan yöndəmsizdir, faydasızdır və yox demək lazımdır. Təbii ki, baş verənlər Nikol Paşinyanın da diqqətindədir, o bundan xəbərsiz deyil və anlayırlar ki, qərb bu məsələlərdə həqiqətən maraqlı olsaydı, onda sülh prosesinə dəstək verərdilər. Çünki Ermənistana sülh daha çox lazımdır. Azərbaycan kommunikasiya layihələrini, inteqrasiya məsələlərinin hamısını uğurla həll edir. Yalnız burada olmayan Ermənistandır. Qərb məhz istəyir ki, Ermənistanın əvəzindən danışsın və öz planlarını həyata keçirsin. Türkiyəni buradan çıxartsın, Rusiyaya Qafqazda təzyiq göstərsin, özünü Avrasiyanın vacib məkanında mövcudluğunu təmin etsin”.

Politoloqun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi qərbin niyyətini aydın başa düşür.

“Ermənistanın siyasi rəhbəri Nikol Paşinyanı heç də zəif və ələgələn adam saymıram. Sadəcə ölkəsinin ağır vəziyyəti, məğlub olması sövq edir ki, proseslərdə bir qədər ləng tərpənsin. Başa düşür ki, tələskənlik özünə daha çox başa gələr. 7 dekabrda hərbçilərin mübadiləsini reallaşdırdıq, eyni zamanda “COP29” la bağlı Ermənistanın özünün digər dövlətlərə müraciəti oldu ki, Azərbaycanın namizədliyini dəstəkləsinlər. Bu qərbdə narahatlıq, narazılıq doğurdu. Ermənistana açıq şəkildə bildirməsələr də, hiss etdirirlər ki, bunun qarşsını alsınlar. Ermənistanın da anlayır ki, qərbin niyyəti heç də onların həyat şəraitinin yaxşılaşdırılması deyil, özləri də bilirlər onlar bu yolla heç də uzağa gedə bilməyəcəklər”.

OXŞAR XƏBƏRLƏR
Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

XƏBƏR LENTİ
  • 21:14

    Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb
  • 20:59

    Nizami rayonunda evdə yanğın olub
  • 20:29

    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
  • 19:50

    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
  • 19:37

    SEPAH: İsrailin mümkün hücumlarına cavab olaraq neftayırma zavodlarını vuracağıq
  • 19:14

    İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində dağıntıların təmizlənməsi üçün avadanlıq köçürəcək
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
Menyu