Aİ Serbiyanı seçki prosesini təkmilləşdirməyə çağırıb
Nərmin Qocamanlı
Borrell Serbiyada seçki prosesinin təkmilləşdirilməsinin zəruriliyindən danışıb.
"Operativ Media" xəbər verir ki, Aİ-nin xarici siyasət rəhbəri Josep Borrell açıqlamasında bildirib ki, Avropa İttifaqı ATƏT/DTİHB-nin Serbiyada keçirilən növbədənkənar bələdiyyə seçkiləri ilə bağlı ilkin nəticələrini qeyd edib və bu ölkədə seçki prosesinin təkmilləşdirilməsini zəruri hesab edib.
“Bu ilkin təsbitlər fonunda biz narahatlıqla belə qənaətə gəlirik ki, seçki prosesi əhəmiyyətli təkmilləşdirmələr və əlavə islahatlar tələb edir, çünki Serbiyanın demokratik təsisatlarının düzgün işləməsi Serbiyanın Aİ-yə daxil olmasının əsasını təşkil edir”, - sənəddə deyilir.
Aİ həmçinin Serbiya rəhbərliyini bütün siyasi təşkilatlarla konstruktiv və əhatəli dialoqu təmin etməyə çağırıb.