Estoniya müxalifəti baş nazir Kallasın istefasını tələb edib
Nərmin Qocamanlı
Müxalif Mərkəz Partiyasının sədri, Tallin şəhərinin meri Mixail Kolvart Estoniya parlamentinin sədrinə baş nazir Kaya Kallasın istefasını tələb edən petisiyanı təqdim edib.
"Operativ Media" xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sözügedən partiyanın təşəbbüsü ilə keçirilən müraciəti 30 minə yaxın insan imzalayıb.
“Mərkəz Partiyasının qısa müddətdə topladığı 30 minə yaxın imza cəmiyyətdə artan narazılığı açıq şəkildə əks etdirir. İqtisadiyyatın tənəzzülə uğramasına, insanların yoxsullaşmasına, bizneslərin iflasına və işsizliyin artmasına hökumət boş baxır. Baş nazir insanlara kömək etmək əvəzinə, yalnız vergilərin artırılması ilə məşğuldur”, - deyə məlumatda qeyd olunub.
Teqlər:
"Estoniya m\u00fcxalif\u0259ti ba\u015f nazir Kallas\u0131n istefas\u0131n\u0131 t\u0259l\u0259b edib"