http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan və Uqanda XİN-ləri arasında məsləhətləşmələr keçirilib

19 Dekabr 2023 , 20:10
Azərbaycan və Uqanda XİN-ləri arasında məsləhətləşmələr keçirilib

18-19 dekabr 2023-cü il tarixlərində xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Uqanda Respublikasına səfər edib.

Bu barədə "Operativ Media"ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycan XİN heyəti Uqanda səfəri çərçivəsində Prezident Yoveri Kaquta Musevini tərəfindən qəbul edilib.

Səfər zamanı Azərbaycan və Uqanda Xarici İşlər Nazirlikləri arasında ikitərəfli əsasda və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələr keçirilib.

Tərəflər iki dövlət arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib və onun daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində 2024-cü ilin yanvar ayının ortalarında Uqandanın paytaxtı Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu zirvə görüşünə hazırlıq və orada sədrliyin Azərbaycandan Uqandaya təhvil verilməsi xüsusunda fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatına sədrlik təcrübəsini bölüşüb, zirvə görüşünün təşkili və gələcək fəaliyyətlərlə bağlı tövsiyələrini təqdim edib.

Qarşı tərəf, həmçinin Azərbaycan Respublikasını BMT sisteminin ən iri miqyaslı tədbiri olan COP29-a ev sahibi qismində seçilməsi münasibəti ilə təbrik edib, sıx iş birliyinə və əməkdaşlığa ümidvar olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR
Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

XƏBƏR LENTİ
  • 20:59

    Nizami rayonunda evdə yanğın olub
  • 20:29

    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
  • 19:50

    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
  • 19:37

    SEPAH: İsrailin mümkün hücumlarına cavab olaraq neftayırma zavodlarını vuracağıq
  • 19:14

    İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində dağıntıların təmizlənməsi üçün avadanlıq köçürəcək
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
  • 18:44

    Quterreş BRİCS-in sammitində iştirak edəcək
Menyu