Menyu

Hikmət Hacıyev Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunda görüş keçirib

Hikmət Hacıyev Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunda görüş keçirib
1 dəq oxu

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X" hesabında paylaşım edib.

"Hikmət Hacıyev Londonda Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə fikir mübadiləsi aparıb", - səfir qeyd edib.

E.Süleymanov, həmçinin müzakirələrə moderatorluq etdiyinə görə RUSI-in Beynəlxalq Təhlükəsizlik Tədqiqatları üzrə direktoru Nil Melvinə təşəkkür edib.

Əlaqəli Xəbərlər