
"Siqaret aludəçiləri getdikcə adi siqaretdən elektron siqaretə keçirlər və bunun daha az zərərli olduğuna inanaraq yanılırlar".
"Operativ Media" xəbər verir ki, bu barədə onkoloq Ruslan Basanov "lenta.ru"ya açıqlamasında danışıb.
Onkoloq izah edib ki, siqaret çəkən zaman insan tüstünün tərkibində olan 700-ə qədər müxtəlif elementi nəfəsinə alır. Onun sözlərinə görə, sağlamlığa ən böyük təhlükə qatran və nitrozaminlərdir:
"Xərçəngdən ölümlərin 70-90 faizi siqaretdən qaynaqlanır. Nikotin, karbohidrogen və ammonyak bir nəfəslə orqanizmə daxil olur, hamısı selikli qişaları qıcıqlandırır və orqanizmi zəhərləyir.
Populyar inancın əksinə olaraq, elektron siqaretlər adi siqaretlər qədər təhlükəlidir. Bir çox insan səhvən elektron siqaretlərin siqaretdən daha təhlükəsiz olduğunu düşünür, çünki tərkibində qatran və ya tütün yanma məhsulları yoxdur. Lakin elektron siqaretin buxarında nəfəs almaq üçün nəzərdə tutulmayan aromalar var, məsələn, qızdırıldıqda kanserogen və zəhərli maddələr buraxan qliserin və propilen qlikol. Bundan əlavə, siqaret çəkən şəxs elektron siqaretlərin buxarı ilə birlikdə metalları, xüsusən də qurğuşunu nəfəsinə alır".
Basanov qeyd edib ki, dünyada hər il 8 milyon siqaret çəkən şəxs ölür ki, onlardan 1 milyonu passiv siqaret çəkənlərdir.