"İrəvan və Tehran arasında sənaye əməkdaşlığına dair memorandum imzalandıqdan sonra Ermənistan İranın Ənzəli, Bəndər Abbas, Çabahardan limanlarından daha sərfəli şərtlərlə istifadə edə biləcək."
"Operativ Media" xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Narek Teryan Sputnik Ermənistan-a bildirib.
O qeyd edib ki, İrəvan sənaye sahəsində əməkdaşlıq haqqında memorandum imzalandıqdan sonra onlardan daha sərfəli şərtlərlə istifadə edə biləcək.
O cümlədən, Ermənistan tərəfi İranın üç əsas limanından - Ənzəli, Bəndər Abbas, Çabahardan sadələşdirilmiş qaydada istifadə edə biləcək.