Menyu

Hakan Fidan Sergey Lavrovla Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə edib

Nərmin Qocamanlı
Hakan Fidan Sergey Lavrovla Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə edib
1 dəq oxu

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə olunub.

Görüşdə xarici işlər naziri Fidan sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.

Əlaqəli Xəbərlər