http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Baş Qərargah rəisi Oklahoma ştatında bir sıra görüşlər keçirib

01 Dekabr 2022 , 10:01
Baş Qərargah rəisi Oklahoma ştatında bir sıra görüşlər keçirib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Oklahoma ştatında bir sıra görüşlər keçirib

Nazirlikdən "Operativ Media"ya daxil olan məlumatda bildirilir ki, Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Oklahoma Ştatının Qubernatoru Kevin Stitt və Milli Qvardiyasının rəisi briqada generalı Tomas Mançino ilə görüşüb. General-polkovnik K.Vəliyev K.Stittin 2021-ci ildə ölkəmizdə olarkən işğaldan azad edilmiş bölgələrə səfər etməsini əlaqələrimizin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib. Azərbaycan Ordusunun hərbi qulluqçularının beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakından danışan general-polkovnik K.Vəliyev, Azərbaycanın üzərinə götürdüyü vəzifə və öhdəlikləri layiqincə yerinə yetirərək Əfqanıstandan sülhməramlılarını çıxaran son tərəfdaş ölkələrdən biri olduğunu qeyd edib. Tərəflər “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında keçirilən birgə tədbirlərə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Sonra nümayəndə heyətimiz Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
Menyu