Menyu

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcmasının 8 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcmasının 8 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb

"Qərbi Azərbaycan İcmasının 8 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb".

"Operativ Media" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanın hesabat tədbirində deyib.

Onun sözlərinə görə, İcma qayıdış məsələsinə dair beynəlxalq təşkilatlarla dialoqa başlayıb və bu təşkilatlar çərçivəsində rəsmi tədbirlərdə iştirak edib:

"Həmçinin, xaricdə yaşayan Qərbi azərbaycanlıların təşkilatlanması və onlar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində əməli addımlar atılıb".

Sədr bildirib ki, 5 dekabrda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda 30 xarici ölkədən nümayəndələrin iştirakı ilə baş tutmuş beynəlxalq konfrans Qərbi Azərbaycan mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyinə gətirilməsi baxımından böyük rol oynayıb:

"İcma il ərzində öz fəaliyyəti barədə ictimaiyyəti aktiv şəkildə məlumatlandırmış və xarici dairələrin İcma üçün maraq doğuran məsələlərə dair ifadə etdikləri mövqelərə operativ qaydada müvafiq bəyanatlarla reaksiya verib".

 

Teqlər:

"\u018fziz \u018fl\u0259kb\u0259rli: Q\u0259rbi Az\u0259rbaycan \u0130cmas\u0131n\u0131n 8 s\u0259n\u0259di BMT-nin r\u0259smi s\u0259n\u0259di kimi yay\u0131l\u0131b"

Əlaqəli Xəbərlər