Menyu

Vuçiç: "Vəziyyət dramatik olsa da, narahat olmayın" - YENİLƏNİB

Vuçiç: "Vəziyyət dramatik olsa da, narahat olmayın" - YENİLƏNİB

Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

"Operativ Media" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa təcili müraciəti zamanı deyib.

"Serbiya vətəndaşları, sizə demək istəyirəm ki, vəziyyət dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Biz təsadüfi nümayişçilərin heç birinə zərər verməmək üçün çalışırıq", - deyə prezident vurğulayıb.

 

xxx

23:18

Serbiya prezidenti Aleksandr Vuçiç etirazçıların Belqrad şəhər administrasiyasının binasına soxulmaq cəhdləri fonunda xalqa müraciət edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə “Veçernje novosti” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, müraciət onlayn rejimdə baş tutacaq. Qəzet başqa heç bir təfərrüat bildirmir.

Qeyd edək ki, serb müxalifətçiləri Belqrad şəhər administrasiyasına basqın ediblər

Etirazçılar şəhər administrasiyasının qapılarını sındırmağa cəh edib, məşəllər yandırıblar.

Teqlər:

"Vu\u00e7i\u00e7: \"V\u0259ziyy\u0259t dramatik olsa da narahat olmay\u0131n\" - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər