http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Azərbaycan Prezidentini təbrik edib

25 Dekabr 2023 , 12:50
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Azərbaycan Prezidentini təbrik edib

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Operativ Media" xəbər verir ki, təbrik mətnində deyilir:

 

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi, uzun ömür, möhkəm cansağlığı arzularımı çatdırır, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizə yaşadığım Almaniyada, eləcə də sıx əlaqədə olduğum digər Avropa ölkələrində hər zaman xalqının önündə qürurla dayanan və verdiyi hər bir sözü yerinə yetirən əvəzedilməz Lider kimi rəğbət bəslənilir. Bunu istər siyasi, istərsə də akademik arenada əcnəbi vətəndaşlardan eşitmək ürəyi daim Vətənlə döyünən bir azərbaycanlı kimi mənə böyük qürur hissi yaşadır.

Cənab Ali Baş Komandan, dövlətçilik ənənələrinə sadiq olan, dövlətçilik prinsiplərini əsas tutan gənclərə göstərdiyiniz xüsusi diqqət və qayğı məndə və digər gənc dostlarımızda hər zaman böyük ruh yüksəkliyi yaradıb. Siz gənclərə hər addımda insanın öz kökünə və tarixinə sadiqliyi, xüsusən də ata və onun vəsiyyətinin müqəddəsliyi dərsini nümayiş etdirirsiniz. O sadiqlik və ata vəsiyyəti ki, məhz onunla biz doğma Vətənimizi bu gün bütövləşən görmüşük.

Azərbaycanı daim zirvələrə ucaltdığınız, Vətənimiz naminə bütün mübarizələrdə xalqımızı və dövlətimizi qalib etdiyiniz üçün Sizə sonsuz təşəkkürümü bildirirəm.

Sizi əmin etmək istəyirəm ki, gələn il keçiriləcək və tariximizə Zəfər seçkiləri kimi düşəcək növbədənkənar prezident seçkilərində hər zaman dövlətçilik ənənələrinə sadiq olan biz gənclər Sizi – müzəffər Sərkərdəmizi dəstəkləyəcəyik. Əminik ki, bu dəfə də qalib Siz, Azərbaycan xalqı və Azərbaycan dövləti olacaqdır.

Sizi həm öz adımdan, həm də hər zaman qayğınızı görən ailəmiz adından bir daha təbrik edirəm.

 

Hörmətlə,

Nuran Abdullayev

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Troisdorf şəhərinin Radiologiya,

Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, tibb elmləri doktoru, dosent".

OXŞAR XƏBƏRLƏR
Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu