Menyu

Aİİ ölkələri İranla azad ticarət sazişi imzalayıb

Nərmin Qocamanlı
Aİİ ölkələri İranla azad ticarət sazişi imzalayıb

Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri İranla 2019-cu ildən qüvvədə olan müvəqqəti sazişi əvəz etməli olan tam miqyaslı azad ticarət sazişi imzalayıb.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, İmzalanma Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində baş tutub.

 Mərasimi Avrasiya İqtisadi Komissiyasının ( AİK ) İdarə Heyətinin sədri Mixail Myasnikoviç , Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və İranın sənaye, mədən və ticarət naziri Abbas Əliabadi imzalayıblar .

Sazişi Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri də imzalayıb .

Qeyd edək ki, Aİİ və İran arasında azad ticarət zonasının yaradılması haqqında müvəqqəti saziş 2018-ci il mayın 17-də bağlanıb və 2019-cu il oktyabrın 27-dən qüvvədədir.

Teqlər:

"A\u0130\u0130 \u00f6lk\u0259l\u0259ri \u0130ranla azad ticar\u0259t sazi\u015fi imzalay\u0131b"

Əlaqəli Xəbərlər