http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Özbəkistan Prezidentinin müşaviri: “Azərbaycanla əlaqələrimiz məhsuldar şəkildə inkişaf edir”

25 Dekabr 2023 , 22:49
Özbəkistan Prezidentinin müşaviri: “Azərbaycanla əlaqələrimiz məhsuldar şəkildə inkişaf edir”

“Azərbaycanla Özbəkistan arasında əlaqələrimiz məhsuldar şəkildə inkişaf edir”.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidentinin müşaviri Xayraddın Sultanov Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında kitab təqdimatından sonra bildirib.

X.Sultanov deyib ki, iki türkdilli ölkə arasındakı bu mehriban ünsiyyətin əsasında həm də ədəbi əlaqələr dayanır: “Hazırda Azərbaycanla Özbəkistan arasında ədəbi əlaqələr yüksək səviyyədədir. Ölkəmizdə Azərbaycanın istər klassik, istərsə də müasir yazıçılarının əsərləri hörmətlə və böyük maraqla oxunur. Səməd Vurğun, Nigar Rəfibəyli, Rəsul Rza və Anarın əsərləri çox yüksək tirajla çap olunub. Yaxın günlərdə mən Özbəkistan prezidenti adından "Dostluq" ordenini yazıçı Anara təqdim etdim”.

Özbəkistanda Azərbaycan Mədəniyyət Günlərinin keçirildiyini xatırladan müşavir bildirib ki, bu, iki ölkə arasında mədəni və humanitar əlaqələrin də inkişafını təsdiq edir: “Mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın mədəniyyət sahəsindən kino xadimləri, sənətçilər iştirak edirdi. Yəni bu da o deməkdir ki, bizim mədəni, humanitar əlaqələrimiz də yüksək səviyyədə davam edir”.

X.Sultanov Özbəkistanla Azərbaycan arasında ikitərəfli əlaqələrlə yanaşı, Türk Dövlətləri Təşkilatı (TDT), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kimi türk dünyası qurumlarında da həmrəylik və birlik nümayiş etdirdiyini vurğulayıb: “Özbəkistanın TDT-yə üzv qəbul edilməsinin Bakı samitində elan olunmasından xüsusilə məmnuniyyət duyduq. TDT, TÜRKSOY-dan başqa, biz YUNESKO-da da birgə təmsil olunuruq. Qardaş Azərbaycanla siyasi, dostluq əlaqlərimiz bütün sahələrə təsir edir və biz həmrəylik içində uğurlu inkişaf yolunda bərabərik”.

Qeyd edək ki, bu gün Türkiyə Prezident Adminstrasiyasının Millət Kitabxanasında Özbəkistanın Prezident Adminstrasiyasının yayımladığı 100 cildlik “Türk ədəbiyyatının inciləri” antologiyası və Özbəkistan Prezidentinin müşaviri Xayraddın Sultanovun “Sən nə qədər şirinsən, ay acı həyat” kitablarının təqdimat mərasimi olub.

“Türk ədəbiyyatının inciləri” antologiyasında ən çox yer alan ədəbiyyat nümunəsi Türkiyə və Azərbaycana aid olub. Antologiyanın 17 cildi Türkiyə ədəbiyyatı, 16 cildi isə Azərbaycan ədəbiyyatına ayrılıb.

OXŞAR XƏBƏRLƏR
Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu