“Təəssüf ki, ATƏT üzvü olmasına baxmayaraq, Rusiya bütün qaydaları tapdalayır. Rusiya sözünə etibar olmayan bir dövlətdir”.
"Operativ Media" xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-ci iclasında çıxışı zamanı deyib.
Polşa lideri vurğulayıb ki, ehtimal edilən sülh müqaviləsi Ukraynanın razılığı ilə imzalanmalıdır.