http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Nazirlər Kabinetində iclas keçirilib

26 Dekabr 2023 , 14:12
Nazirlər Kabinetində iclas keçirilib

Azərbaycan Baş nazirinin müavini, “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın sədri Şahin Mustafayevin rəhbərliyi ilə növbəti iclas keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. 

İclasda Komissiyanın “2024-cü il üzrə İş planı”, “Təhlükə potensiallı obyektlər, eləcə də təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqlara, qurğulara və digər alət və vasitələrə dair müasir tələblərə uyğun ilkin qəbul edilməsi zəruri olan texniki reqlamentlərlə bağlı Tədbirlər Planı”, “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələr, o cümlədən ammonium nitratla çirklənmiş Azərbaycan ərazilərində mövcud problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” müzakirə olunaraq təsdiq edilib.

İclasda həmçinin Komissiyanın Elektron Məlumat Bazasının (Portalının) formalaşdırılmasına, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan “Təhlükə potensiallı obyektlər üzrə vahid dövlət reyestri”nin hazırlanmasına, təhlükə potensiallı obyektlərin istismarı sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə, habelə Komissiyanın üzvü olan dövlət orqanlarına (qurumlarına) fəaliyyət istiqamətlərinə aid təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində nəzarətin gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR
Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu