Putin MDB-dən olan həmkarları ilə beynəlxalq məsələləri müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqun mədəniyyət obyektlərinə səfər zamanı MDB ölkələrindən olan həmkarları ilə ikitərəfli və beynəlxalq məsələləri fəal müzakirə edib.
“Operativ Media” xəbər verir ki, bu barədə V.Putin Konstantinovski sarayında MDB-nin qeyri-rəsmi sammitini açarkən bildirib.
“Zaldan zala keçərlən hər biriniz, o cümlədən də mən ikitərəfli və çoxtərəfli formatda cari məsələlər barədə ətraflı söhbət etdik, beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq”, - o deyib.
Xatırladaq ki, gün ərzində Rusiya Prezidenti və MDB ölkələrindən olan həmkarları Sankt-Peterburqun yaxınlığında yerləşən bir neçə park və saray kompleksinə baş çəkib.
“Ümumiyyətlə deyə bilərik ki, biz gün ərzində bir-birimizlə və çox məhsuldar ünsiyyətdə oluruq”, - V.Putin bildirib.
O, həmçinin əlavə edib ki, başa çatmaqda olan il MDB üçün son dərəcə aktiv və hadisələrlə zəngin olub.//Report//
Teqlər:
"Putin MDB-d\u0259n olan h\u0259mkarlar\u0131 il\u0259 beyn\u0259lxalq m\u0259s\u0259l\u0259l\u0259ri m\u00fczakir\u0259 edib"